Xəzər Xəbər

“Latsio” klubu baş məşqçi İndzaqi ilə müqavilənin müddətini uzadıb

İdman | 14:20 • 7 İyun 2019
“Latsio” klubu baş məşqçi İndzaqi ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Latsio” futbol klubu komandanın baş məşqçisi Simone İndzaqi ilə müqavilənin müddətini uzadıb.


Xezerxeber.az xəbər verir ki, 43 yaşlı italyanın yeni müqaviləsi 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.


Mütəxəssis 2016-cı ildən "Latsio”ya rəhbərlik edir. Ötən mövsümdə komanda İtaliya çempionatında səkkizinci yeri tutub. "Latsio” ölkə kubokunun sahibi adını da qazanıb. Bu qələbə sayəsində komanda gələn mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizəyə qoşulacaq. İndzaqinin rəhbərliyi ilə klub 2017-ci ildə İtaliya Superkubokuna sahib olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti