Xəzər Xəbər

Millətlər Liqası: Hollandiya İngiltərəni məğlub edərək finala yüksəlib

İdman | 10:07 • 7 İyun 2019
Millətlər Liqası: Hollandiya İngiltərəni məğlub edərək finala yüksəlib

Hollandiyada UEFA Millətlər Liqasının final mərhələsinin ikinci yarımfinal qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Afonso Henriquea” stadionunda keçirilən oyunda Hollandiya millisi və İngiltərə yığmaları qarşılaşıblar.


Oyun Hollandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Matthijs de Ligt və Quincy Promes fərqləniblər.


Qonaqların heyətində yeganə qolu isə Markus Recford 11 metrlik cərimə zərbəsindən sonra vurub.


Qeyd edək ki, turnirin və üçüncü yerin qalibi iyunun 9-da müəyyənləşəcək.


Xatırladaq ki, Azərbaycan yığması Millətlər Liqasının D liqasının üçüncü qrupunda mübarizə aparıb və millimiz qrupda ikinci olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar