Xəzər Xəbər

Bu gün “Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir

İdman | 11:13 • 7 İyun 2019
Bu gün “Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir

Bu gün "Avro-2020” seçmə mərhələsinin üçüncü turuna start verilir. İlk oyun günündə 5 qrupda 12 qarşılaşma təşkil olunacaq. A, B və D qruplarında 2, F və G qruplarında isə 3 matç keçiriləcək.


A qrupunda Çexiya millisi Bolqarıstan yığmasını qəbul edəcək. UEFA Millətlər Liqasında qrup qaliblərindən Kosovo isə Monteneqronun qonağı olacaq.


B qrupunun autsayderi Litva yığması Lüksemburqla, lider Ukrayna isə Serbiya millisi ilə qarşılaşacaq.


İlk iki oyunda məğlub olan Gürcüstan ilk qələbəsini Cəbəllütariqlə qarşılaşmada qazanmağa çalışacaq. Danimarka isə qrupun lideri İrlandiya ilə üz-üzə gələcək.


F qrupunun favoriti İspaniya autsayder Farer adalarının qonağı olacaq. İsveç Malta ilə, Norveç Rumıniya ilə üz-üzə gələcək.


Nəhayət, G qrupunun autsayderləri Avstriya və Latviya yığmaları növbəti görüşlərini evdə keçirəcəklər. Onlar müvafiq olaraq Sloveniya və İsrail milliləri ilə qarşılaşacaq. Lider Polşa isə Makedoniyanın qonağı olacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti