UEFA 2018-2019 mövsümündə klubların reytinq siyahısını açıqlayıb.
XəzərXəbər qurumun rəsmi saytına istinadən xəbər verir ki,siyahıda Azərbaycanınardıcıl 6 dəfə çempionu olan "Qarabağ" ölkə klubları arasında ən yaxşı nəticəni əldə edib.
Belə ki, Ağdam klubu 22 min xal toplayıb və 70-ci pillədəd qərarlaşıb. "Atlılar” byu nəticə ilə İtaliya nəhəngi "Milan", Hollandiyanın "Feyenord", İngiltərənin "Lester Siti", İspaniyanın "Real Sosyedad", "Real Betis” və Türkiyənin "Trabzonspor" kimi komandalarını qabaqlayıb.
Siyahıda Azərbaycan Premyer Liqasında iştirak edən "Qəbələ" 173 (6,250 xal), "Keşlə" 273 (3000), "Neftçi" 274 (3,250), "Zirə" 275 (0,500) və "Kəpəz" 276-cı (0,500) pillədə qərarlaşıb.
Qeyd edək ki, sıralamaya İspaniya nəhəngi "Real Madrid” klubu başçılıq edir. Madrid təmsiçisinin 146 min xalı var.
Siyahının ilk 20 pilləsində qərarlaşan komandaları təqdim edirik:
1. "Real" – 146,000
2. "Barselona" – 138,000
3. "Bavariya" – 128,000
4. "Atletiko" – 127,000
5. "Yuventus" – 124,000
6. "Mançester Siti" – 106,000
7. "Sevilya" – 104,000
8. PSJ – 103,000
9. "Arsenal" – 101,000
10. "Portu" – 93,000
11. "Liverpul" – 91,000
12. "Çelsi" – 87,000
13. "Borussiya" (Dortmund) – 85,000
14. "Roma" – 81,000
15. "Napoli" – 80,000
16. "Şaxtyor" – 80,000
17. "Tottenhem" – 78,000
18. "Mançester Yunayted" – 78,000
19. "Zenit" – 72,000
20. "Ayaks" – 70,500