Xəzər Xəbər

Konte iki ulduzun transferini istəyir

İdman | 16:08 • 23 May 2019
Konte iki ulduzun transferini istəyir

"İnter" yay "transfer pəncərəsi"ndə heyətini İngiltərə Premyer Liqasından iki futbolçu ilə gücləndirə bilər.


Yeni mövsümdən etibarən komandanı "Çelsi"nin sabiq baş məşqçisi Antonio Kontenin çalışdıracağı gözlənilir.


"Sky Sports"un məlumatına görə, italiyalı mütəxəssis "Mançester Yunayted"in hücumçusu Romelu Lukaku və hazırda "Fənərbaxça"da icarə əsasında çıxış edən "Çelsi"li Viktor Mozesin transferində maraqlıdı.


2018/19 mövsümündə Premyer Liqada 32 matçda meydana çıxan Lukaku 12 dəfə fərqlənib. Türkiyə Superliqasında 13 görüşdə oynamaq şansı əldə edən Viktor Mozesin aktivində isə 3 qol, 2 məhsuldar ötürmə var.


Fanat.Az

Xəbər lenti