Xəzər Xəbər

"Çelsi" Hazardı satdı - Rəsmi açıqlama

İdman | 18:03 • 7 May 2019
"Çelsi" Hazardı satdı - Rəsmi açıqlama

İngiltərənin "Çelsi” klubu hücumçusu Kilian Hazardı icarəyə verdiyi "Serkl Brügge" klubuna birdəfəlik satıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Belçika təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Kilian "Çelsi"nin ulduzu Eden Hazardın qardaşıdır. Digər qardaş - Torqan Hazard isə Münhenqladbax "Borussiya"sında çıxış edir.

"Çelsi" Kilian Hazardı 2017-ci ildə Macarıstanın "Uypeşt" klubundan transfer etmişdi.

Xəbər lenti