Xəzər Xəbər

ÇL-də yarımfinal həyacanı başlayır

İdman | 10:54 • 30 Aprel 2019
ÇL-də yarımfinal həyacanı başlayır

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.


XəzərXəbər xəbər verir ki, ilk qarşılaşma İngiltərənin paytaxtı Londonda olacaq. "Tottenhem" doğma meydanda Hollandiya "Ayaks"ının müqavimətini qırmağa çalışacaq.


Londonlular 1/4 finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti"ni, "Ayaks" isə İtaliyanın "Yuventus" kollektivini mübarizədən kənarlaşdırıb.


Meydan sahibləri bu görüşdə bəzi aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. Serj Orye, Mussa Sissoko və Harri Keyn zədə səbəbindən meydana çıxmayacaq. Son Xın Mın isə cəzalı olduğu üçün bu matçı buraxacaq. Harri Vinks və Erik Lamelanın isə durumuna oyun vaxtı aydınlıq gələcək.


Qonaqlarda isə üç futbolçunun oynamayacağı dəqiqdir. Karel Eytinq, Hassan Bande və Vatslav Çerni zədəlidir. Nussair Mazrauinin isə matçda iştirakı sual altındadır. Komandalar arasındakı cavab oyunu mayın 8-də olacaq.


Qeyd edək ki, yarımfinalın digər oyunu mayın 1-də keçiriləcək. "Barselona" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək.


Çempionlar Liqası

Yarımfinal

İlk oyun


30 aprel

23.00 Tottenhem (İngiltərə) - Ayaks (Hollandiya)

Baş hakim:Antonio Mateo Laos (İspaniya).

London. "Tottenhem” stadionu.

Xəbər lenti

Çox oxunanlar