Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
XəzərXəbər xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkatmada eyni ölkəni təmsil edən ölkələr də bir-birinə rəqib ola biləcəklər.
Çempionlar Liqası
1/4 final iştirakçıları
"Mançester Siti" (İngiltərə)
"Liverpul" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Tottenhem" (İngiltərə)
"Barselona" (İspaniya)
"Yuventus" (İtaliya)
"Ayaks" (Hollandiya)
"Portu" (Portuqaliya)
Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.