Xəzər Xəbər

Sulşer: "Kambək" komandasıyıq - "Mançester Yunayted"ik"

İdman | 14:56 • 7 Mart 2019
Sulşer:

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Mançester Yunayted” evdə (0:2) yenildiyi PSJ-ni Parisdə 3:1 hesabıyla üstələyərək 1/4 finala yüksəldi.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer zəfəri dəyərləndirib:

"Fantastika! Uşaqlar möhtəşəm idilər. Oyuna əla başlanğıc etdik. Erkən qol planlaşdırmışdıq, ancaq bunun 2-ci dəqiqədə gələcəyini gözləmirdik. Bununla oyunu açdıq və daha çox qol vurmağa çalışdıq. Reşfordla Lukaku əla çıxış etdilər. Bura Çempionlar Liqasıdı. Dünən "Real" - "Ayaks" oyununu birlikdə izləmişdik. Deyəsən, PSJ ilə matçda da eyni ssenari yaşandı. Əvvəlki mövsümlərdə "Yuventus"la "Real", həmçinin PSJ ilə "Barselona"nın oyunlarında geridönüş olmuşdu. Biz də "kambək” komandasıyıq - "Mançester Yunayted"ik".

Fanat.Az

Xəbər lenti

Çox oxunanlar