Xəzər Xəbər

"Arsenal"dan "Barselona"ya, özü də havayı - SON DURUM

İdman | 16:14 • 5 Mart 2019
"Arsenal"dan "Barselona"ya, özü də havayı - SON DURUM

London "Arsenal”ının ispan müdafiəçisi Naço Monreal bu yaxınlarda vətəninə qayıda bilər.

XəzərXəbər "Mirror”a istinadən xəbər verir ki, "Barselona” 33 yaşlı Monreala Jordi Albanın əvəzləyicisi gözüylə baxır.

Naço Kataloniya təmsilçisinə havayı qismət olmaq üzrədi. Belə ki, onun İngiltərə klubu ilə olan müqaviləsinin müddəti mövsümün sonunda bitir.

Qeyd edək ki, "Arsenal” 2013-cü ildə "Malaqa”dan transfer olunan Monrealla yeni müqavilə ilə bağlı razılığa gəlməyə çalışsa da, tərəflər ortaq məxrəcə gəlməyib.

Fanat.Az

Xəbər lenti