Xəzər Xəbər

"Barselona" müdafiəçi axtarır

İdman | 16:13 • 3 Mart 2019
"Barselona" müdafiəçi axtarır

Jordi Alba ilə müqavilə müddətini uzadacağını açıqlayan "Barselona" bəzi oyunlarda onu əvəzləyə biləcək cinah müdafiəçisi axtarır.

Hazırda Kataloniya klubunun transfer siyahısında 3 futbolçunun adı var. Bunlar "Liverpul"dan Alberto Moreno, "Arsenal"dan Naço Monreal və "Atletiko"dan Filipe Luisdir. 

Mövümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq

F. Luisin "Barsa"ya keçməyə daha yaxın olduğu iddia edilir.

Qeyd edək ki, "Barselona"nın Alba ilə yeni müqaviləsinin müddəti 2024-cü ilə qədər olacaq.

Xəbər lenti