Xəzər Xəbər

Slaven Biliç Səudiyyə Ərəbistanı klubundan qovuldu

İdman | 14:49 • 25 Fevral 2019
Slaven Biliç Səudiyyə Ərəbistanı klubundan qovuldu

Biliçin 2013 - 2015-ci illərdə çalışdığı "Beşiktaş”a dönəcəyi bildirilir

Səudiyyə Ərəbistan təmsilçisi "Əl-İttihad”ın rəhbərliyi əsas komandanın baş məşqçisi Slaven Biliçi istefaya göndərib.

51 yaşlı xorvatiyalı mütəxəssis postundan uğursuz nəticələrlə əlaqədar uzaqlaşdırılıb. Onu çilili Xose Luis Syerra əvəzləyib. Biliçin 2018-ci ilin sentyabrından rəhbərlik etdiyi kollektiv 21 turdan sonra 15 xalla 15-ci pillədədir. "Əl-İttihad” son sıradakı "Uhud”u 3 xal qabaqlayır.

Türkiyənin "Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş Türkiyə yığmasının sükanı arxasına keçəcəyi halda, Biliçin 2013 - 2015-ci illərdə çalışdığı "Beşiktaş”a dönəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya millisində, eləcə də Rusiyanın "Lokomotiv”, Türkiyənin "Beşiktaş” və İngiltərənin "Vest Hem” komandalarında Slaven Biliçin köməkçisi olub.(report.az)

Xəbər lenti

Çox oxunanlar