Xəzər Xəbər

"Fənər"i cəzalandırdı, ölkəsinin tarixinə düşdü

İdman | 11:57 • 23 Fevral 2019
"Fənər"i cəzalandırdı, ölkəsinin tarixinə düşdü

"Zenit” Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda "Fənərbaxça”nı 3:1 hesabıyla yenib.

Moskva təmsilçisinin iki qolunun müəllifi olan Sərdar Azmun, avrokuboklar tarixinə düşüb. Bu barədə UEFA-nın "tvitter” hesabı məlumat yayıb.

Azmun avrokuboklar tarixində ən çox qol vuran iranlı futbolçu ünvanını qazanıb. 24 yaşlı forvardın aktivində 8 qol var.

İran millisinin də formasını geyinən Azmun, qış transfer pəncərəsi dövründə "Rubin”dən "Zenit”ə keçib.

"Zenit” Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda səfərdə "Fənərbaxça”ya 0:1 hesabıyla məğlub olmasına baxmayaraq, cavab matçında rəqibi üzərində 3:1 hesablı qələbə qazanaraq, 1/8 final mərhələsinə yüksəlib.

Fanat.Az

Xəbər lenti