Ötən ilin dekabrında Joze Mourinyonu istefaya yollayan "Mançester Yunayted”in portuqaliyalı çalışdırıcıya ödədiyi təzminatın məbləği müəyyənləşib.
XəzərXəbər "Daily Mirror"a istinadən xəbər verir ki,"qırmızı şeytanlar" 56 yaşlı mütəxəssisə 19,6 milyon funt-sterlinq(22 milyon avro) təzminat ödəyib.
Qeyd edək ki, Mourinyo 2016-cı ildə "Mançester Yunayted"in baş məşqçisi təyin edilmişdi. Onun müqaviləsi 2020-ci ilin yayında bitəcəkdi.