Xəzər Xəbər

Salah Afrikanın ən yaxşı futbolçusu seçildi

İdman | 09:26 • 9 Yanvar 2019
Salah Afrikanın ən yaxşı futbolçusu seçildi
İngiltərənin "Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib.


XəzərXəbər xəbər verir ki, Salah seneqallı Sadio Mane ("Liverpul") və qabonlu Pyer-Emerik Obameyanqı ("Arsenal") qabaqlayaraq ardıcıl ikinci dəfə bu ada sahib çıxıb.

Qeyd edək ki, Məhəmməd Salah 2017-2018-ci illər mövsümündə İngiltərə Premyer Liqasında 36 oyuna 32 qol vurub. Həmçinin "Liverpul"la UEFA Çempionlar Liqasının finalında oynayıb. Rusiyada keçirilən dünya çempionatında isə üç oyuna iki qol vurub.

Xəbər lenti