Xəzər Xəbər

Yeni transfer "Qarabağ"a qoşuldu

İdman | 13:23 • 8 Yanvar 2019
Yeni transfer "Qarabağ"a qoşuldu

Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ" hazırlığın ikinci gününü iki məşqlə başa vurub.


XəzərXəbər-in klubun saytına istinadən xəbər verir ki, günün ilk məşqi fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib.


Günün ikinci məşqi isə meydançada olub və təxminən 1 saat 10 dəqiqə davam edib. Yağışlı hava şəraitində keçən məşqdə futbolçular fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib. Yeni transfer Reynaldo Silva da komandaya qoşulub.


Xəbər lenti