Xəzər Xəbər

Dieqo Qodin “İnter” klubu ilə ikiillik müqavilə imzalayacaq

İdman | 16:47 • 5 Yanvar 2019
Dieqo Qodin “İnter” klubu ilə ikiillik müqavilə imzalayacaq

İspaniyanın "Atletiko Madrid” klubunun mərkəz müdafiəçisi Dieqo Qodin İtaliyanın "İnter” klubu ilə ikiillik müqavilə imzalamağa hazırlaşır.


Xezerxeber.az xəbər verir ki, bu haqda İtaliyanın tanınmış idman mütəxəssisi Canluka di Marçio "Tvitter” səhifəsində yazıb. İtaliyalı mütəxəssis bildirib ki, Qodin klubda hazırkı vəziyyətlə razı deyil. Əsas heyətə düşə bilməyən təcrübəli müdafiəçi qış transfer pəncərəsində klubu tərk edəcəyini söyləmişdi.


Qeyd edək ki, Dieqo Qodin 2010-cu ildən "Atletiko Madrid” klubunda çıxış edir. O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu, İspaniya kubokunun və Super kubokunun qalibi olub. Uruqvaylı müdafiəçi, həmçinin iki dəfə UEFA Avropa Liqasını, üç dəfə isə UEFA Super kubokunu qazanıb.

Xəbər lenti

Çox oxunanlar