Xəzər Xəbər

UEFA Çingiz Ünderi seçdi

İdman | 15:25 • 22 Dekabr 2018
UEFA Çingiz Ünderi seçdi

UEFA Çempionlar Liqasında bu il keçirilən oyunlarda iştirak etmiş ən yaxşı gənc futbolçulardan ibarət rəmzi komanda hazırlayıb.


XəzərXəbər qurumun saytına istinadən xəbər verir ki, siyahıya yaşı 24 və aşağı olan futbolçular salınıb.


Türkiyə millisinin və "Roma"nın hücumçusu Cingiz Ünder də rəmzi komandaya düşüb.


Qapıçı: Odisseas Vlahodimos ("Benfika", 24yaş)

Müdafiəçilər: Milan Şkriniar ("İnter", 23 yaş), Matteys de Lixt ("Ayaks, 19 yaş), Endi Robertson ("Liverpul", 24 yaş).


Yarımmüdafiəçilər: Frenki de Yonq ("Ayaks", 21 yaş), Ussem Auar ("Lion", 20 yaş), Artur ("Barselona", 22 yaş), Nikola Vlaşiç (SSKA, 21 yaş).


Hücumçular: Cingiz Ünder ("Roma", 21 yaş), İrvinq Losano (PSV, 23 yaş), Ceydon Sanko ("Borussiya" Dortmund, 18 yaş)


Fanat.Az

Xəbər lenti