"Qalatasaray"ın qış transferi üçün başladığı işlər davam edir.
İngiltərənin "Crystal Palace" komandası futbolçu Garry Rodriuges üçün İstanbulun "Qalatasaray" klubuna 10 milyon avro təklif edib.
Həftənin əvvəlində sürpriz şəkildə Garry Rodriguesin menecerindən təklif alan "Qalatasaray" nümayəndələri futbolçunun transfer məsələsi üçün onun menecerinə səlahiyyət verib.
Futbolçunun transferi üçün "Crystal Palace” futbol klubu "Qalatasaray"a 10 milyon avro ödəyəcəyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" futbolçunun transferi üçün 15 milyon avro limit qoyub.
AzNews.az