UEFA Fransanın "Paris Sen-Jermen” komandasını Çempionlar Liqasından kənarlaşdıra bilər.
Buna səbəb klubun "Finansal Fair Play” qaydalarını pozması və qanunsuzluqlar etməsidir.
"Futbol sızıntıları” (Football Leaks) adlı qanunsuzluq hesabatlarının ortaya çıxmasından UEFA PSJ-nin şübhələndiyi sponsorluq razılaşmalarını yenidən analiz etməyə başlayıb. Bununla birlikdə, ulduz futbolçular Neymar və Mbappe transferlərinin də yenidən araşdırılacağı bildirilib.
PSJ UEFA-nın "Finansal Fair Play” qaydalarına uyğunlaşması üçün əlindəki ulduzlardan birini satmaq məcburiyyətindədir./publika.az