Xəzər Xəbər

Ətli plov yediyinə görə "Beşiktaş"dan qovuldu - RƏSMİ

İdman | 15:39 • 15 Noyabr 2018
Ətli plov yediyinə görə "Beşiktaş"dan qovuldu - RƏSMİ

"Beşiktaş" yarımmüdafiəçisi Tolqay Arslanı qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırıb.

XəzərXəbər "qartallar”ın rəsmi saytına istinadən xəbər verir ki, buna futbolçunun intizamsız davranışları səbəb olub. 28 yaşlı oyunçu Türkiyə Super Liqasının XI turunda səfərdə "Başakşehir"ə 0:1 hesabı ilə yenildikləri oyunun fasiləsində paltardəyişmə otağında ətli plov yeyib. İstanbul təmsilçisinin baş məşqçisi ŞenolGünəşoyunçuya bu hərəkətinə görə irad tusa da, Tolqay ona"oynamayacağımı bilirdim" cavabını verib.


Xəbər lenti