Xəzər Xəbər

Bombardir "Lill"dən Madridə gedir

İdman | 16:18 • 6 Noyabr 2018
Bombardir "Lill"dən Madridə gedir

"Lill”in forvardı Nikolya Pepe karyerasını İspaniyada davam etdirə bilər.

 

23 yaşlı forvard "Atletiko”nun diqqət mərkəzinə düşüb.


Uğurlu mövsüm keçirən Fil Dişi Sahili millisinin üzvü "Lill”in ən məhsuldar oyunçusudu. 8 qolla çempionatda komandasının bombardiri olan Pepenin aktivində eyni zamanda 7 məhsuldar ötürmə var. "Atetiko” rəhbərliyi qış fasiləsində onun transferi üçün qarşı tərəflə danışıqlara başlayacaq.


Qeyd edək ki, Nikolya Pepe "Lill”ə ötən il "Anje”dən keçib.

 

 

Fanat.Az

Xəbər lenti