Türkiyə Super Liqasının XI turunun açılış matçında "Qalatasaray" və "Fənərbaxça" üz-üz gəlib.
"Türk Telekom Arena"da baş tutan qarşılaşmadan öncə üzücü hadisə baş verib. "Fənərbaxça"lı azarkeşlərdən biri ürəktutmasından dünyasını dəyişib. Bu, matçın startından az əvvəl baş verib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.