Xəzər Xəbər

Mbappe və Robyon cəzalandırılıb

İdman | 17:09 • 29 Oktyabr 2018
Mbappe və Robyon cəzalandırılıb

"Pari Sen-Jermen” futbol klubunun baş məşqçisi Tomas Tyxel hücumçu Kilian Mbappe və yarımmüdafiəçi Adrien Rabyoya intizam qaydalarına əməl etmədikləri üçün cəza tətbiq edib.


Xezerxeber.az bildirir ki, hər iki oyunçu Fransa çempionatının 11-ci turu çərçivəsində "Marsel”lə matçda meydana əsas heyətdə yox, əvəzedicidə çıxıb. Mbappe matçın 62-ci dəqiqəsində meydana daxil olub və 3 dəqiqədən sonra qol vurub. Digəri isə yalnız 79-cu dəqiqədə meydana buraxılıb.


"Matçdan əvvəl oteldə intizam qaydalarını pozduqlarına görə qərara gəldik ki, hər iki futbolçunu əsas heyətdən çıxaraq. Çox təəssüf edirəm ki, belə xoşagəlməz hadisə ilə qarşılaşdıq. Onların meydanda olmaması xoşuma gəlmir, amma cəza tədbiri görülməli idi”, - deyə baş məşqçi bildirib.


Fransa KİV-lərinin verdiyi məlumata görə, Mbappe və Rabyo "Marsel”lə matç öncəsi keçirilən komanda iclasına gecikiblər.


PSJ Fransa çempionatının 11 turundan sonra maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edir.

Xəbər lenti

Çox oxunanlar