Xəzər Xəbər

Son 17 ilin ən zəif "Real"ı

İdman | 15:49 • 29 Oktyabr 2018
Son 17 ilin ən zəif "Real"ı
Ötən gün İspaniya La Liqasının 10-cu turunda "Barselona"ya 1:5 hesabı ilə uduzan "Real" turnir cədvəlinin 9-cu pilləsinə yuvarlanıb.

Madrid klubu sonuncu dəfə 17 il əvvəl bu cür uğursuzluqla üzləşib. 2001-2002-ci il mövsümündə komanda Visente Del Boskenin başçılığı altında 11-ci pilləyə qədər düşüb.


Qeyd edək ki, La Liqanın son 5 oyununda qalib gələ bilməyən komandanın baş məşqçisi Xulen Lopeteqinin bu gün istefeya göndəriləcəyi gözlənilir.

Xəbər lenti

Çox oxunanlar