Xəzər Xəbər

İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 08:26 • 27 Sentyabr 2018
İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib -

Sentyabrın 26-da İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, son çempion "Barselona” klubu səfərdə "Leqanes”ə məğlub olub (1:2). Kataloniyalılar Koutinyonun qolu sayəsində hesabı erkən açsalar da, qarşılaşmanın 52-ci və 53-cü dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunun taleyin həll ediblər.


La Liqanın digər favoriti "Real Madrid” klubu "Sevilya”nın qonağı olub. Matçın 17-ci dəqiqəsində Andre Silva hesabı açıb. Qoldan dörd dəqiqə sonra Andre Silva dublunu rəsmiləşdirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 39-cu dəqiqəsində "Sevilya” klubu üçüncü dəfə "Kral klubu”nu meydanın mərkəzinə dəvət edib, Ben Yeder fərqlənib. Birinci hissə 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Oyunun ikinci hissəsində irəli atılan "Real Madrid” futbolçularının bütün cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Espanyol” – "Eybar” - 1:0


"Real Sosyedad” – "Rayo Valyekano” - 2:2


"Atletiko Madrid” – "Ueska” - 3:0


"Atletik Bilbao” – "Vilyareal” - 0:3


"Valensiya” – "Selta Viqo” - 1:1.

Xəbər lenti