Xəzər Xəbər

"Qarabağ" - "Şerif" oyunu makedoniyalılara tapşırıldı

İdman | 09:52 • 25 Avqust 2018
"Qarabağ" - "Şerif" oyunu makedoniyalılara tapşırıldı
UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.


Qarşılaşmanı makedoniyalı hakimlər briqadası idarə edəcək.


Baş hakim Aleksandır Stavrev, Maryan Kirovski və Deyan Kostadinov yan xətt, Dimitar Meçkarovski isə dördüncü hakim qismində yardımçı olacaqlar. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi kimi çalışacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" görüşü avqustun 30-u saat 21:00-da başlayacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti