"Fənərbaxça” Çempionlar Liqasının üçüncü təsnifat
mərhələsində mübarizəni dayandırıb.
İstanbul klubu ilk oyunda səfərdə 0:1 hesabı ilə uduzduğu "Benfika”
ilə öz meydanında bərabərə qalıb - 1:1. Bu nəticədən sonra cari
mövsüm ÇL-in qrup mərhələsində Türkiyəni yalnız çempion
"Qalatasaray” təmsil edəcək.
"Fənərbaxça”nın ÇL-dən kənarda qalması isə "Qalatasaray”a maddi
baxımdan faydalıdır. Belə ki, qrup mərhələsində yalnız
"Qalatasaray” iştirak edəcəyindən UEFA-nın Türkiyəyə ayıracağı
yayım məbləğinin hamısı "Sarı-qırmızılılar”a çatacaq.
Hələlik məbləğ məlum deyil. Amma söhbət minimum 22 milyondan gedir.
Belə ki, "Beşiktaş” ötən il məhz bu qədər vəsaitə sahib çıxmışdı.
Cari mövsümdə məbləğin daha da artacağı ehtimal edilir.
Qeyd edək ki, "Qalatasaray” daha 15 il milyon avro ÇL-in qrupunda
iştirakına görə əldə edəcək (Qol.az).