Xəzər Xəbər

"Yuventus"dan ayrılan futbolçu rəsmən "İnter"də

İdman | 18:29 • 2 İyul 2018
"Yuventus"dan ayrılan futbolçu rəsmən "İnter"də

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milan təmsilçisi "Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatan Kvadvo Asamoanı transfer edib. 29 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Asamoa "Yuventus"a 2012-ci ildə "Udineze"dən transfer olmuşdu. Qanalı müdafiçi turinlilərin heyətində meydana çıxdığı 116 qarşılaşmada 4 qol vurub.

Xəbər lenti

Çox oxunanlar