Xəzər Xəbər

Qran-Pri yarışında səhvə yol verildi

İdman | 11:56 • 11 İyun 2018
Qran-Pri yarışında səhvə yol verildi

Formula 1 yürüşlərinin Kanada Qran-Prisinin nəticələri yürüşçülərin əslində qət etdikləri distansiyanın 70 dövrəsi üzrə deyil, 68 dövrənin yekunlarına əsasən hesablanıb.


AZƏRTAC xəbər verir ki, buna səbəb model Uinni Harlounun səhvi olub: o, yürüşün başa çatması barədə siqnal vermək üçün əlində tutduğu dama-dama bayrağı yürüşün 69-cu dövrəsinin sonunda, yəni əslində lazım olandan bir dövrə tez endirib.


Forumla-1 yürüşlərinin idman reqlamentinə uyğun olaraq əgər hər hansı səbəblər üzündən yürüşün başa çatması barədə siqnal liderlik edən maşın planlaşdırılan sayda dövrəni qət edəndən və ya nəzərdə tutulan vaxt başa çatandan əvvəl verilmiş olarsa, bu halda yürüşün nəticələri siqnal verilənə qədər liderlik edən avtomobilin qət etdiyi tam dövrələrin sayı üzrə hesablanır.


70 dövrə əvəzinə 68 dövrə əsasında yekunların hesablanması pelotonda mövqelərin paylanmasına əsla təsir göstərməyib, ona görə ki, yürüşün son iki dövrəsində yürüşçülərin heç biri digərini ötüb keçməyib və heç bir yürüşçü üçün texniki problemlər yaranmayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti