Xəzər Xəbər

Futbolçumuz Amit Quluzadə Kosovo çempionu olub

İdman | 13:31 • 22 May 2018
Futbolçumuz Amit Quluzadə Kosovo çempionu olub

Azərbaycan futbolçusu Amit Quluzadə "Drita” klubunun heyətində Kosovo çempionu olub.

AZƏRTAC xəbər verir ki, Kosovo çempionatının sonuncu turunda Amit Quluzadənin formasını geyindiyi "Drita” "Priştina” klubu ilə qarşılaşıb. Futbolçumuzun komandasına əsas izləyicisi ilə görüşdə çempionluğu təmin etmək üçün heç-heçə də kifayət edib. Qarşılaşmada hesab açılmayıb.

Bu nəticə ilə xallarının sayını 67-yə çatdıran "Drita” ölkə çempionu olub. "Priştina” isə 64 xalla ikinci pilləni tutub.

Qeyd edək ki, A.Quluzadə Kosovo klubuna azad agent statusunda cari ilin yanvarında keçib. Bundan qabaq həmyerlimiz Portuqaliyanın "Atletiko” klubunda çıxış edib.

Xəbər lenti