Xəzər Xəbər

Bakıda Formula 2 pilotlarının ikinci yarışı başladı

İdman | 14:12 • 29 Aprel 2018
Bakıda Formula 2 pilotlarının ikinci yarışı başladı
Bakıda FIA Formula 2 sinfində ikinci yarış başlayıb.

10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 45 dəqiqə ərzində 21 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.

Ötən gün 29 dövrəlik birinci yarışın qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon olub. İkinci yeri "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken tutub. Üçüncü yerdə isə "Charouz Racing System"dən italiyalı Antonio Fuoko gəlib.

Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.

Bu gün Qran Prinin qalibi məlum olacaq.

Xəbər lenti

Çox oxunanlar