Xəzər Xəbər

Azərbaycan Qran-Prisində final günü

İdman | 10:31 • 29 Aprel 2018
Azərbaycan Qran-Prisində final günü
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin yekun yarışı keçiriləcək.


XəzərXəbər xəbər verir ki, saat 13:10-da "Formula 2” yarışlarına start veriləcək. Yarış 21 dövrədən ibarət olacaq.

Daha sonra əsas yarışda mübarizə aparacaq pilotların paradı və açılış mərasimi olacaq. Saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayacaq. Bununla da Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Əsas yarışda pilotların sıralaması:

1. Sebastian Fettel 1:42.538 ("Ferrari")
2. Lyuis Hemilton ("Mercedes")
3. Valtteri Bottas ("Mercedes")
4. Daniel Rikkiardo ("Red Bull Racing")
5. Maks Ferstappen ("Red Bull Racing")
6. Kimi Raykonnen ("Ferrari")
7. Esteban Okon ("Force India")
8. Serxio Peres ("Force India")
9. Niko Hülkenberq ("Renault")
10. Karlos Sayns ("Renault")
11. Lens Stroll ("Williams")
12. Sergey Sirotkin ("Williams")
13. Fernando Alonso ("McLaren")
14. Şarl Lekler ("Sauber")
15. Kevin Maqnussen ("Haas")
16. Stoffel Vandorn ("McLaren")
17. Pyer Qasli ("Toro Rosso")
18. Markus Eriksson ("Sauber")
19. Brendon Hartli ("Toro Rosso")
20. Romen Qrojan ("Haas")

Xəbər lenti