Xəzər Xəbər

“Real Madrid”-“Yuventus” oyunu üçün 80 min bilet 8 dəqiqədə satılıb

İdman | 13:54 • 27 Mart 2018
“Real Madrid”-“Yuventus” oyunu üçün 80 min bilet 8 dəqiqədə satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Real Madrid”-"Yuventus” matçının biletləri rekord müddətə satılıb.


AZƏRTAC xəbər verir ki, aprelin 11-də Madriddə təşkil olunacaq matça biletlərin hamısı 8 dəqiqə ərzində satılıb.


Madrid klubunun 80 min tamaşaçı tutumuna malik "Santyaqo Bernabeu” stadionunda "Yuventus”un azarkeşləri üçün 4 min yer ayrılıb.


Bu komandalar arasında ilk oyun aprelin 3-də Turində keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar