Xəzər Xəbər

"Real"a ŞAD XƏBƏR Oynayacaq

İdman | 16:07 • 2 Mart 2018
"Real"a ŞAD XƏBƏR

"Real"ın müdafiəçisi Marselo PSJ ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında oynaya biləcək. O, zədəsini sağaldaraq ümumi məşqlərə başlayıb.

29 yaşlı braziliyalı futbolçu hətta İspaniya çempionatının 27-ci turunda "Xetafe" ilə matçda meydana çıxaraq oyun praktikasını da bərpa edə bilər.

Madrid klubunun rəhbərliyi komandanın digər aparıcı futbolçuları - Toni Kroosla Luka Modriçin də PSJ ilə oyuna hazır olacağına ümid edir.

PSJ - "Real" oyunu martın 6-da Parisdə olacaq. Madriddə keçirilən ilk qarşılaşmada ispanlar 3:1 hesablı qələbə qazanmışdı./publika.az

Xəbər lenti

Çox oxunanlar