Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün 1 görüş keçiriləcək.
MOİK "Srvena Zvezda"nı qəbul edəcək. Avrokuboklarda müntəzəm iştirak edən komandalar Serbiyada qolsuz bərabərə qaldıqlarından, şanslar hələ də bərabər göstərilir. Təbii ki, "Srvena Zvezda"nın səfərdə vuracağı qol rusiyalıları çətinə salacaq.
Avropa Liqası. 1/16 final, cavab oyunu
21 fevral
21:00. MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya)
Baş hakim: Jorje Souza (Portuqaliya)
"VEB Arena", Moskva
İlk oyun - 0:0
Qeyd edək ki, mərhələnin digər 15 oyunu fevralın 22-də keçiriləcək.