Xəzər Xəbər

Eden Hazarddan transfer açıqlaması

İdman | 17:15 • 20 Fevral 2018
Eden Hazarddan transfer açıqlaması

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard haqqında çıxan transfer dedi-qodularına münasibət bildirib.

Belçikalı futbolçu "Çelsi"də xoşbəxt olduğunu dilə gətirib:

"Futbolda hər şey ola bilər. Ancaq heç nə baş verməyə də bilər. Hər mövsüm "Real" vəPSJ-yə transfer olacağımı yazırlar. Əgər komanda dəyişdirmək istəsəm, bunu edərdim. Ancaq hazırda olduğum yerdə xoşbəxtəm".

Qeyd edək ki, 27 yaşlı oyunçu 2012-ci ildən "Çelsi"də çıxış edir.

Xəbər lenti