Xəzər Xəbər

Dieqo Kosta: "Hakimlər mənə nifrət edirlər"

İdman | 17:33 • 20 Fevral 2018
Dieqo Kosta:

Madrid "Atletiko"sunun hücumçusu Dieqo Kosta açıqlama verib.

Braziliya əsilli ispaniyalı forvard hakimlərdən şikayətlənib. 29 yaşlı oyunçu hakimlərin ona nifrət etdiyini deyib:

"Hakimlər mənə nifrət edirlər və bunun üçün edə biləcəyim heç nə yoxdur. Ən kiçik epizoda görə də mənə sarı vərəqə verirlər. Təkrarlara baxaraq səhv etdiklərini deyə bilərsiniz və mənə haqq qazandırarsınız".

Qeyd edək ki, qış transfer dönəmində "Çelsi"dən Madrid klubuna keçən Kosta keçirdiyi 8 oyunda 1 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb. Dieqo 4 qol və 1 assist də edib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti