Xəzər Xəbər

“Qarabağ”ın Xama arzusu YAYA QALDI

İdman | 17:00 • 1 Fevral 2018
“Qarabağ”ın Xama arzusu

Bir müddət öncə "Qarabağ”a transfer olunacağı iddia edilən CAR-lı futbolçu Xama Biliatın hazırkı komandasında qalacağı iddia edilib.

Hazırda "Mamelodi Sandauns”da forma geyinən futbolçu qarşıdakı mövsüm başa çatanadək komandasını tərk etməyəcək.

Bu iddianı klubun mətbuat xidmətinin rəhbəri Tulani Tusva da təsdiqləyib. O bildirib ki, futbolçu komandası ilə bigə məşqlərə çıxır və hazırkı mövqeyini tərk etmək niyyətində deyil. Ancaq bütün bu xəbərlərə rəğmən, Xama klubu ilə bu ilin iyununadək olan müqaviləsini yeniləməyib.

Əgər "Qarabağ” yay transfer pəncərəsində hücumçu Xama Biliatı heyətinə qatmaq istəsə, heç bir məbləğ ödəməyəcək./publika.az

Xəbər lenti