Azərbaycan futbolçusu Eddi İsrafilov İspaniyanın "Ximnastik” klubunu tərk edib.
AZƏRTAC xəbər verir ki, yarımmüdafiəçi artıq İspaniya Sequndasının digər klubuna – "Alkorkon”a öz keçidini təsdiqləyib.
Tərəflər 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıblar.
Xatırladaq ki, İsrafilov "Ximnastik” klubuna cari mövsümün əvvəlində keçmişdi.
Hazırda E.İsmayılovun yeni komandası 29 xalla turnir cədvəlinin 16-cı pilləsindədir və futbolçunun artıq keçmiş komandasını bir pillə geridə qoyub.