Xəzər Xəbər

"Qarabağ"ın ulduzu Türkiyəyə transfer edilir

İdman | 14:13 • 30 Yanvar 2018
"Qarabağ"ın ulduzu Türkiyəyə transfer edilir
Türkiyə Super Liqasında mübarizə aparan "Bursaspor" klubu yarımmüdafiə xəttini gücləndirmək istəyir.

Mərkəz xətti gücləndirmək üçün iki namizədi var. Bunlar "Feyenoord"dan Kərim El Ahmadı və "Qarabağ"dan Riçard Almeydadır. Transfer dönəminin bağlanmasına az qalmış Bursa təmsilçisi hər iki futbolçuyla görüşüb.

Türkiyə mətbuatı Almeydanın transfer qiymətini 1 milyon 750 min avro olduğunu qeyd edib.

Qeyd edək ki, millimizin də üzvü olan 28 yaşlı braziliyalı 2012-ci ildən "Qarabağ"da çıxış edir.

Xəbər lenti