Xəzər Xəbər

Azarkeşlər Ronaldonu “Real”da görmək istəmirlər

İdman | 16:32 • 18 Yanvar 2018
Azarkeşlər Ronaldonu “Real”da görmək istəmirlər

Madrid "Real”ının azarkeşləri Kriştianu Ronaldonun komandadan getməsini istəyir. Apasport.az saytının məlumatına görə, bu, AS qəzetinin keçirdiyi sorğuya əsasən bəlli olub.

Səsverməyə qatılan respondentlərin 67,5 faizi ulduz oyunçunun "Real”dan ayrılması arzusundadı. Sorğuda 125 min azarkeş iştirak edib. Mətbuatın iddiasına görə, 32 yaşlı hücumçu müqavilə üzrə təklifin daha da yaxşılaşdırılmasını gözləsə də, bu, baş verməyib.

Futbolçu bu üzdən özünü rəhbərlik tərəfindən aldadılmış hesab edir. Eyni zamanda, klubun prezidenti Florentino Peres Ronaldonun agenti Jorje Mendeşə oyunçu üçün yeni komanda axtarmaq tapşırıb.

Qeyd edək ki, Ronaldo cari mövsümdə ölkə çempionatının 14 oyununda cəmi 4 qol vurub.

Xəbər lenti