Xəzər Xəbər

"Qarabağ" onu da göndərir

İdman | 13:33 • 10 Yanvar 2018
"Qarabağ" onu da göndərir

"Qarabağ”ın isveçli legioneri Tarik Elyunussinin komandadan ayrılacağı iddia edilir.

"Qarabağ”ın ötən mövsüm "Olimpiakos"dan kirayələdiyi oyunçu komandadakı yerindən narazıdır. O, bildirib ki, pula görə ehtiyat heyətdə oturmaq istəmir.

İsveç mətbuatının verdiyi məlumata görə, AİK 29 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək niyyətindədir. Artıq futbolçunun müqavilə ilə məxsus olduğu "Olimpiakos"la danışıqlar aparıldığı da bildirilir.

İsveç milli komandasında da forma geyən Tarik Elyunussi "Qarabağ"da cəmi 8 oyunda meydana çıxıb./publika.az

Xəbər lenti

Çox oxunanlar