Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb.
Hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran millimizin sabiq baş məşqçisi Robert Prosineçki Şehiçə milliyə çağırıb. Xorvat mütəxəssis ABŞ-da təşkil ediləcək təlim-məşq toplanışı üçün 28 futbolçuya dəvət göndərib ki, onlar arasında Şehiçin də adı var.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 28-də ABŞ, 3 gün sonra isə Meksika yığması ilə qarşılaşacaq.