Xəzər Xəbər

Məsut Özil üçün sürpriz təklif 40 milyon avro

İdman | 16:27 • 9 Yanvar 2018
Məsut Özil üçün sürpriz təklif

"Arsenal"dan ayrılacağı deyilən Məsut Özilə daha bir klub elçi düşüb.


Bu barədə İtaliyanın "Corriere dello Sport" qəzeti məlumat yayıb.


Qəzet iddia edib ki, "Yuventus" Almaniya millisinin türk üzvünü heyətinə qatmaq istəyir. Turin klubu "Arsenal"ın 5 illik müqavilə təklifini rədd edən futbolçu üçün 40 milyon avro təklif edir.


Qeyd edək ki, Məsut Özilin xidmətində "Mançester Yunayted"in də maraqlı olduğu bildirilir./fanat.az

Xəbər lenti