Xəzər Xəbər

"Mançester Siti"nin Sançes israrı davam edir

İdman | 14:47 • 9 Yanvar 2018
"Mançester Siti"nin Sançes israrı davam edir

"Mançester Siti" mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aleksis Sançesin transferində fəaliyyətini davam etdirir.

"Şəhərlilər" Çili millisinin üzvü üçün növbəti təklifə hazırlaşır. Təklifin 30 milyon funt-sterlinq civarında olması gözlənilir.

"Mançester Siti" yay transfer dönəmində Aleksis üçün 60 milyon funt-sterliqlik təklif göndərmişdi, lakin "topçular" Sançesin gedişinə razı olmamışdı.

"Mançester Siti" Sançeslə yanaşı, "Vest Bromviç Albion"un müdafiəçisi Conni Evansı da rənglərinə bağlamaq niyyətindədir.

Xəbər lenti

Çox oxunanlar