Xəzər Xəbər

La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

İdman | 18:10 • 21 Dekabr 2017
La Liqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

İspaniyanın "Las Palmas” komandasının yeni baş məşqçisi müəyyənləşib.

La Liqa təmsilçisi Pako Xemesə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

O, bu postda Pako Aestaranı əvəz edib. 47 yaşlı mütəxəssislə 2017/2018 mövsümünün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, "Las Palmas” La Liqada 16 turdan sonra 11 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Çox oxunanlar