Son günlər "Qarabağ" komandasının yarımmüdafiəçisi Mahir Mədətovun Türkiyənin "Beşiktaş" klubuna transferi ilə bağlı iddialar səngimək bilmir.
Komandanın baş məşqçisi Qurban Qurbanov açıqlamasında bu iddialara aydınlıq gətirib:
"Mahir Mədətovun transferi ilə bağlı hər hansı rəsmi müraciət qəbul etməmişik. Bu məsələ gündəmimizdə deyil".
Q.Qurbanov illərdir planlaşdırılan və hələ də baş tutmayan "Beşiktaş"la yoldaşlıq oyunu məsələsinə də aydınlıq gətirib:
"Antaliyada təlim-məşq toplanışları zamanı "Beşiktaş"la yoldaşlıq oyunu keçirmək planımızda yoxdur. Çünki hazırda onların çempionat oyunları var və proqramları doludur. Azarkeşlərin istəyini nəzərə alıb, yaxın zamanda bu haqda yenidən düşünəcəyik".