Xəzər Xəbər

Dünya çempionatına vəsiqə qazana bilməyən ölkələr arasında turnir keçirilə bilər

İdman | 12:46 • 16 Noyabr 2017
Dünya çempionatına vəsiqə qazana bilməyən ölkələr arasında turnir keçirilə bilər

Amerika Futbol Federasiyası (USSF) dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən ölkələr arasında yayda turnirin keçirilməsini planlaşdırır.


AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, USSF Amerika Futbol Liqasının marketinq şöbəsi ilə birlikdə dünya çempionatdan qabaq belə bir yarışın təşkilinin mümkünlüyünü müzakirə edir.


İtaliya, Çili, Hollandiya, Qana və digər ölkələrin turnirə dəvət olunacağını açıqlayan təşkilatçılar yarışın reqlamenti barədə heç bir açıqlama verməyiblər.


Xəbər lenti