"Qarabağ” klubu azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi "Atletiko” ilə oyuna rahat gedib-gəlmələri üçün tədbir görəcək.
XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də, Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün ictimai dayanacaq azarkeşlərin xidmətində olacaq.